Bu, təkcə seçki birliyi deyil. Əslində bu, sivilizasiyamızın bizə əmr etdiyi və sizi bir arada olmağa məcbur edən birlikdir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Bunu vurğulayaraq demək istəyirəm ki, qarşımızda duranlar 15 iyulda Türkiyəni 1919-cu ildən əvvələ qaytarmaq, qəyyumluq və mandat yolu ilə ölkəmizi işğal etmək üçün çoxlu hücumlar həyata keçirmək istədilər. Qarşımıza böyük bir fürsət gəldi. Bəli, bu böyük fürsət, tarixin bizə əmanət etdiyi Türkiyənin bugünkü şansı olan iki lider – Rəcəb Tayyib Ərdoğan və Doktor Dövlət Baxçalıyla gəldi. Bu qədər açıq və dəqiq. Gəlin onların dəyərini bilək”, – Soylu qeyd edib.