Soydaşımız Ukraynanın Türkiyədəki fəxri konsulu oldu

Soydaşımız Ukraynanın Türkiyədəki fəxri konsulu oldu

Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətində Ukraynanın fəxri konsulluğu açılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycan əsilli türk iş adamı Bilal Əhmədov fəxri konsul təyin olunub.

“Tekirdağ vilayətində 3 liman var və mən inanıram ki, xüsusilə bu istiqamətdə, eləcə də digər istiqamətlərdəki fəaliyyətlər Ukraynaya xüsusi fayda verəcək”, – Əhmədov qeyd edib.

Teqlər: