Şövkət Mirziyayev Bakıya gəldi

Şövkət Mirziyayev Bakıya gəldi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Teqlər: