Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə gələcək.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşündə deyilib.
Qeyd edilib ki, hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.
Həmçinin Prezident Şövkət Mirziyayevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.