Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Şovi kurort zonası tamamilə ləğv olunub.
AzerTimes xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.
“Birbaşa deyə bilərik ki, Şovi artıq yoxdur, tamamilə məhv olub”, – Kaladze bildirib.
Qeyd edək ki, avqustun 3-də Şovi kurort zonasında baş verən torpaq sürüşməsi nəticəsində 18 nəfər həlak olub. Daha 17 nəfərin isə axtarışları davam edir.