Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində daha 2 nəfərin cəsədi aşkarlanıb ki, bununla da ölənlərin sayı 24-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Son məlumatlara əsasən, 9 nəfər itkin düşmüş hesab olunur.
Xilasedicilərin fəlakət bölgəsindən 200 nəfərdən çox şəxsi təxliyə etdiyi deyilir.