İndi bizə adi görünən bəzi nüanslar, xüsusilə qadınların vizual görünüşü, geyim etikası ilə bağlı məsələlərə keçmişdə – SSRİ dövründə ciddi nəzarət, bir sıra qadağalar tətbiq edilib.
AzerTimes xəbər verir ki, həmin qadağaların pozulması reputasiyamıza xələl gətirə bilərdi.
Bunlardan bir də idman üslubunda geyinmək olub. Belə ki, yüngül paltar, yaxud kostyum ilə idman ayaqqabısı geyinmək hazırda ənənəyə çevrilsə də, Sovet vaxtı buna ciddi nəzarət edilib. İdman üslubunda geyinmək yalnız idmanla məşğul olarkən məqbul hesab olunub. Gündəlik həyatda isə idman ayaqqabısı geyinilməyib.
Geyinilən ayaqqabılara gəlincə, steletto və ya səndəllər həmin dövr üçün daha çox spesifik olub. Qış aylarında isə qadınlar çəkmə geyinməli idilər. Çəkmələr ya düzdabanlı, ya da 5 sm-dək hündürlüyündə olmalı idi.
Eyni zamanda həmin dövrdə qadınların əksəriyyəti tikiş və toxuma bacarıqlarına sahib olub. Bilməyənlər isə atelye və ya dərzilərə üz tutub.
Bəlkə də, geyimə qoyulan bu kimi məhdudiyyətlər, bu formada nəzarətə görə, Qərb həmin dövrün qadınlarına qarşı heyranlıq duyurdu.