Sovet dövründə çalışanların öhdəlikləri indi dövlət hesabına ödənilir – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda əmək pensiyası alanların əksəriyyəti sovet dövründə çalışanlardır. Onlar həmin dövrdə sosial sığorta haqları ödəməyiblər.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zaman deyib.

Nazir bildirib ki, orta hesabla sovet dövründə çalışanların 18 il əmək stajı var, lakin o illər ərzində sosial sığorta haqları ödəməyiblər. İndi o öhdəliklər dövlət büdcəsinin hesabına ödənilir.

Teqlər: