Sovet Azərbaycanının bayrağında da ay-ulduz olub – Foto

Sovet Azərbaycanının bayrağında da ay-ulduz olub – Foto

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 27 aprelində süqut edəndən sonra işğalçı Rusiya təsirində olmasına baxmayaraq, uzun zaman dövlət bayrağında ay-ulduz simvolu qalmaqda davam edib.

AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev bildirib.

“1. 1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. K.İ.Dunin-Barkovskinin arxivinə istinad edən məşhur sovet bayraqşünası L.N.Streltsovun dediyinə görə, qırmızı inqilab bayrağı ilə birlikdə əvvəlcə yuxarı sol güncdə ulduz və ağ aypara təsviri olan bayaq qeyri-rəsmi istifadə edilmişdir. Məsələn, 1921-ci ildə Bakıda çoxarvadlılığın qadağan edilməsinə həsr olunmuş plakatda belə bir bayraq təsvir edilmişdir.

2. Xalq Xarici İşlər Komissarlığı tərəfindən nəşr olunan 1923-cü il bayraqları albomunda (tərtib edəni K.Dunin-Borkovski) Azərbaycanın dövlət bayrağı qırmızı rəngli ay-ulduzlu (Türk bayrağı kimi) bayraqdır.

3. 1925-ci il martın 14-də IV çağırış Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in 1924-cü il dekabrın 8-də qəbul edilmiş Konstitusiyasına əlavəni təsdiq etdi:

Konstitusiyasının 104-cü maddəsi

Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı uzunluğunun eninə nisbəti 2:1 olan, dirəyin yuxarı sol küncündə qızılı oraq və çəkic olan qırmızı lövhədən ibarətdir; onların üstündə ucları sağa baxan, qızılı haşiyə ilə haşiyələnmiş qırmızı beşguşəli ulduz olan qızılı aypara; ayparanın diametri bayrağın eninin 1/10 hissəsinə bərabərdir, oraq-çəkicin sağ tərəfində yeni və köhnə türk əlifbası ilə yazı vardır: A.S.Z.C.

Sovet illərində sonradan ay-ulduz çıxarılıb və oraq-çəkicin loqosu qoyulub”, – alim qeyd edib.

Teqlər: