Şotlandiya Milli Partiyasının yeni lideri Con Suinni yeni hökumətin başçısı (birinci nazir) vəzifəsinə seçilib.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Suinninin namizədliyini 129 parlament üzvündən 64-ü dəstəkləyib. O, 16 il Şotlandiya hökumətində müxtəlif vəzifələrdə çalışıb və 2014-cü ildən 2023-cü ilə qədər keçmiş birinci nazir Nikola Stercenin müavini olub.
Yeni hökumət başçısı Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır, eyni zamanda Britaniya kral ailəsinə rəğbət bəsləyir.