Şotlandiyanın birinci naziri Həmzə Yusif istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, H.Yusif Şotlandiya “Yaşıllar” Partiyası ilə koalisiya razılaşmasını ləğv etməklə bağlı verdiyi qərardan sonra parlamentdə azlıqda qaldığı üçün öz postundan istefa verib.
O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib.
Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.