Şotlandiyada spirtli içkidən ölüm hallarının sayı artıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 2020-ci ildə Şotlandiyada spirtli içkilərdən 1 190 nəfər ölüb, bu isə 2008-ci ildən bəri ən yüksək göstəricidir.
Məlumata əsasən, bu göstərici 2019-cu il ilə müqayisədə 17 faiz artıb.
Ölkənin səhiyyə naziri Mari Todd bildirib ki, pandemiya dövründə qapanmanın tətbiq edilməsi insanların daha çox spirtli içki qəbul etməsinə səbəb olub.