Şotlandiya soyqırımı tanıdı

Şotlandiya soyqırımı tanıdı

Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib.

Noyabr ayının ortalarında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Azərbaycan – Böyük Britaniya parlamenmtlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər.

Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlament sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdı.

Həmin görüşlərdə Şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınmış və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında Qərarın mətni parlamentin saytında yerləşdirilib.


Sonrakı xəbər