Şotlandiya bu vaxtadək Britaniyadan ayrıla bilər

Şotlandiya bu vaxtadək Britaniyadan ayrıla bilər

Şotlandiya qarşıdakı beş il ərzində Böyük Britaniyadan ayrıla bilər.

AzerTimes xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Con Svini deyib.

O bildirib ki, bunun üçün mövcud arqumentlər inandırıcıdır:

“Şotlandiyanın üzləşdiyi iki əsas problem Breksitin təsiri və yaşayış dəyərinin əhəmiyyətli dərəcədə artmasıdır. Hər ikisi Vestminsterdə qəbul edilən yanlış qərarlar nəticəsində Şotlandiyaya ciddi iqtisadi, sosial ziyan vuran əsas strateji amildir. Müstəqillik isə mövcud vəziyyətə cavabdır”.

Svini qeyd edib ki, Şotlandiya iradəsi olmadan AB-dən çıxmaq məcburiyyətində qalıb, çünki ölkə sakinlərinin əksəriyyəti referendumda Breksitin əleyhinə səs verib.

Teqlər: