“Sotheby’s” hərracında dünyanın ən bahalı markası “Britaniya Qvianası” satılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, marka 8,3 milyon dollara dünyanın ən qədim filateliya dileri olan “Stanley Gibbons” şirkəti tərəfindən alınıb.
Məlumata əsasən, şirkətin aldığı yeni marka “Stanley Gibbons” şirkətinin Londonun Strend küçəsindəki flaqman mağasında nümayiş etdiriləcək.