Bu ilin ötən dövründə 114 min e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 16,3 mini pensiya təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2019-cu ilin əvvəlindən sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Ötən dövrdə həmin sosial təminat növləri üzrə 40 mini pensiyalar olmaqla, ümumilikdə 240 minədək təyinat e-qaydada həyata keçirilib.
Bununla da həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv xidmət olaraq onlara müvafiq sosial ödənişlər e-qaydada təyin edilib.