Xəbər - Çingiz Səfərli – Trend:
Sosial sığorta üzrə yığılmış kapitalın hansısa ölkəyə keçirilməsi mümkün deyil
AzerTimes xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Saat” verilişində çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.
Onun sözlərinə görə, ölkələr arasında sosial sığorta ilə bağlı ikitərəfli sazişlər mövcuddur ki, burada bir sıra məsələlər tənzimlənir:
“Məsələn, Türkiyə ilə Azərbaycan arasında imzalanan sazişə əsasən burada fəaliyyət göstərən Türkiyə vətəndaşları sosial sığorta ödənişindən azaddır. Eynilə də Türkiyədə çalışan Azərbaycan vətəndaşları orada bu sığorta növünü ödəmirlər”.
Twitter: @cingizsafarli