Sosial sığorta daxilolmaları 17 faiz artıb

Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial
sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial
sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.

Dövlət Sosial Müdafiə Fondundan AzerTimes-a verilən məlumata görə, fonda bu
ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152
milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil
edib.

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln.,
qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 mln. manat
olub.

Teqlər: