Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına
asfalt çəkilməyib.
Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib.
Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir
edilsə də, avtomobilin parklandığı yer olduğu kimi, qalıb.
Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirmişdi
ki, əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi
tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Artıq məsələ həllini
tapıb. Həmin əraziyə asfalt vurulub.