Sosial şəbəkələr gəncləri zəhərləyir. Oyun platformaları həmçinin zorakılığı və azğınlığı təşviq edən vasitəçi rolunu oynayır.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, uşaqlar məkrli şəkildə oyunlara yerləşdirilən LGBT təbliğatına məruz qalırlar.
“Türkiyəni iqtisadi, sosial və təhlükəsizlik baxımından zəiflətməyi hədəfləyən irqçi tələnin episentri virtual dünyadır!”.