Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ – 2 gün qaldı

Xəbər - Elçin Mehdiyev – Trend:

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.


Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.

Teqlər: