Sorğu: Bayden gözləntiləri doğrultmadı

Sorğu: Bayden gözləntiləri doğrultmadı

ABŞ Prezidenti Co Bayden seçicilərin 42 faizinin seçkiqabağı gözləntilərini doğrultmayıb.

AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalının keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat verilib.

Sorğuya əsasən, respondentlərin 14 faizi Baydenin dövlət başçısı kimi gözlədiklərindən daha yaxşı iş gördüyünü qeyd edib. Respondentlərin 44 faizi isə deyib ki, Baydenin prezidentliyi onların gözlədiyi kimi gedir.

Eyni zamanda, sorğu iştirakçılarının 40 faizi Donald Trampın prezident vəzifəsini icra edərkən gözləntilərini üstələdiyini, 29 faizi isə ölkəni gözlədiklərindən də pis idarə etdiyini söyləyib. 31 faiz isə hər şeyin onların fərziyyələrinə uyğun olduğunu bildirib.

Sorğunun nəticələrinin statistik səhvi 3,1 faiz təşkil edir. Yanvarın 26-dan 30-dək aparılan sorğuda min nəfər iştirak edib.

Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək.

Teqlər: