Yaponiyanın dünya şöhrətli “Sony” şirkəti “Xperia” smartfonlarını çərçivəsiz buraxmaq qərarına gəlib.
Bu barədə şirkətin baş direktoru Keniçiro Xibi bildirib.
O, yeni texnologiyanı bəyəndiklərini və artıq gələn ilin yazında çərçivəsiz “Xperia” smartfonlarının satışa çıxarılacağını vurğulayıb. Çünki çərçivəsiz displeylər foto və video kontentə baxarkən istehlakçıların tələbatını ödəyir.