“Sony” Rusiyada “Playstation Store”-un işini, konsol və oyun satışını dayandırıb

Yaponiyanın “Sony” şirkəti Rusiyaya konsol, periferiya və
oyunların tədarükünü, həmçinin ölkədə “Playstation Store”un
fəaliyyətini dayandırmaq qərarına gəlib.

Trend xəbər verir ki bu barədə şirkətin rəsmi Twitter
səhifəsində bildirilir.

“Sony Interactive Entertainment Ukraynada sülh çağırışı ilə
beynəlxalq ictimaiyyətə qoşulur.Şirkət Rusiya Federasiyasına bütün
çatdırılmaları, rəsmi onlayn mağazanın işini, həmçinin Rusiya
bazarında Gran Turismo 7 yarış simulyatorunun satışını”, –
məlumatda deyilir.

Həmçinin, qeyd olunur ki, şirkət humanitar kanallar vasitəsilə
faciənin qurbanlarına dəstək üçün 2 milyon dollar göndərəcək.