Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 9 263 nəfərə tətbiq edilib.

Bu barədə AzerTimes-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 4 022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Amnistiyanın tətbiqi nəticəsində 7 529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1 728 nəfərin isə cəzası azaldılıb.

Teqlər: