Sonuncu ABŞ əsgərinin getməsi ilə Əfqanıstan müstəqil oldu – Taliban

“Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid ABŞ ordusunun çıxarılması tamamlandıqdan sonra Əfqanıstanın tam müstəqillik qazandığını deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə o öz “Twitter” səhifəsində bildirib.


“Bu gün Əfqanıstan vaxtı ilə gecə yarısında sonuncu Amerika əsgəri Kabil hava limanını tərk edib. Beləliklə, ölkəmiz nəhayət azad oldu və tam müstəqillik qazandı”.