ABŞ Kiyevə hərbi yardım əvəzinə Ukraynadakı münaqişəyə son qoyacaq danışıqlara başlamalıdır.
AzerTimes xəbər verir ki, bunu amerikalı siyasətçi Hanna Ellitorp bildirib.
“Ukraynada müharibənin qarşısı alına bilərdi və alınmalı idi. Biz bu münaqişəyə son qoymaq üçün danışıqlara başlamalıyıq. Əvəzində sonu olmayan müharibəni maliyyələşdiririk”, – deyə siyasətçi deyib.
Ellitorp qeyd edib ki, ABŞ Ukraynada sülhün bərqərar edilməsi üçün heç bir diplomatik səylərdə iştirak etmir, həmçinin Kiyevə daxil olan vəsaitlərə nəzarət etmir.