“Soni” Rusiyaya səs-küysüz qayıtdı

“Soni” Rusiyaya səs-küysüz qayıtdı

“Soni” (Sony) şirkəti “PlayStation 5”in Rusiyaya rəsmi tədarükünü bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Məlumata görə, artıq Rusiyanın “Yandeks Market”, “Ozon”, “Vildberries” və “Techline24” mağazalarında bu məhsulları görmək mümkündür.

Qəzet bununla “Soni”nin yenidən Rusiyaya qayıtdığını bildirib.

Qeyd edək ki, “Soni” Rusiyanın Ukraynaya hücumu səbəbindən bu ölkə bazarından çıxdığını açıqlamışdı.

Teqlər: