Son yağıntılar sürüşmə zonalarında prosesi aktivləşdirə bilər – Xidmət rəisi (FOTO)

Dünən Lerik rayonun Lərmərüd kəndində baş verən torpaq sürüşməsi
ilə bağlı əraziyə mütəxəssislər cəl olunub.

Hadisə il bağlı AzerTimes-a açıqlama verən Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin
rəisi Əli Əliyev bildirib ki, baş verən torpaq sürüşməsinin digər
evlər üçün nə dərəcədə təhlükəli olub-olmadığı öyrənilir.

Qeyd edək ki, hadisə nəticəsində kənd sakininə məxsus ev,
içərisində mal-qara olan tövlə torpaq altında qalıb.

“Mütəxəssislərimiz həmin əraziyə cəlb olunub və real geoloji
şəraiti qiymətləndirdikdən sonra bilinəcək ki, proseslərin inkişaf
istiqaməti necə olacaq.

Onun sözlərinə görə, ölkə ərazisində torpaq sürüşməsinə meyilli
sahələr çoxdur. Aktiv sürüşmə zonaları əsasən Şamaxı-İsmayıllı,
Abşeron yarımadası, cənub rayonarı, şimal bölgəsində Quba, Xaçmaz,
Siyəzən bölgələridir.

“Ümumiyyətlə Azərbaycanda 99 iri və lokal sürüşmə sahəsi
mövcuddur.

Sürüşmələrin artmasının əsas səbəbləri normadan artıq atmosfer
çöküntülərinin düşməsi və mövsümi xarakterli proseslərin təsiridir.
Qarın intensiv əriməsi sürüşməyə meyilli ərazilərdə bu prosesləri
sürətləndirir. Bu səbəbdən də cənub bölgəsində lokal sürüşmə baş
verib. Abşeron yarımadasında isə intensiv yağıntı olsa da, hələlik
proseslər qaydasındadır. Yalnız Nübar yaşayış massivində səthi
çatların ölçülərində dəyişikliklər nəzərə çarpır. Lokal sürüşmələr
əsasən yaz və payız mövsümlərində olur. Bu da geoloji şəraitdən
asılı olaraq təbii prsosesdir. Böyük sürüşmələrə isə mövsümi,
geoloji şərait və insan faktoru səbəb olur.

Sürüşmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Xüsusilə Badamdar, Bayıl, Zığ, Qaraçuxurda müvafiq işlər görülür.
Mövsümdən aslı olaraq sürüşmələrin dinamikasında artım ola bilər”,-
deyə xidmət rəisi bildirib.

Teqlər: