Azərbaycanda koronavirusa 393 yeni yoluxma qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.
Ölkədə indiyədək 798 404 nəfər koronavirusa yoluxub. Onlardan 786 358 nəfər müalicə olunaraq sağalıb, 9 747 nəfər vəfat edib, aktiv xəstə sayı 2 299 nəfərdir.
Ölkədə son sutka ərzində 2 952, hazırkı dövrədək isə 7 042 298 test aparılıb.