Son onilliklərdə Bakıda güclü yağışlı günlərin sayı artıb – Umayra Tağıyeva

Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb.

Bu barədəTrend-ə çərşənbə günü Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, 2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur:


“2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir”.

Teqlər: