Son il yarım ərzində tikinti materiallarının qiyməti iki dəfədən çox artıb – Ekspert

Son günlərdə tikinti materialları bazarında dinamik qiymət
artımı dayanıb.

Bunu AzerTimes-ə əmlak
məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bir çox tikinti materiallarının
qiymətlərində baş verən qiymət artımı ilin əvvəlinə nisbətən
stabilləşib: “Amma taxta və diktlərin qiymətində az da olsa artım
müşahidə olunur. Başqa materiallarda qiymət artımı dayanıb. Son il
yarım ərzində tikinti materiallarının qiyməti iki dəfədən çox
artıb. Taxtanın kubu hazırda 470 manatdır. Diktlərin qiyməti isə
qalınlığından aslı olaraq hər birində 2 manat artım müşahidə
olunur. Diktlərdə qiymət artımının əsas səbəbi Ukraynada baş verən
hadisələrdir. Ölkəmizə diktlər əsasən oradan gəlir”.

R.Osmanlı qeyd edib ki, tikinti mövsümünün başlaması taxtanın
hər kubunda qiymətinin 20 -25 manat arası artıra bilər. Bunun da
əsas səbəbləri Rusiya və Ukrayna arasında gedən müharibə və həmin
ölkələrin meşələrində baş verən yanğınlardır. Bu da ölkəmizə taxta
idxalının azalmasına səbəb olur və qiymət artımını şərtləndirir: “Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə
müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə
olunur. Bütövlükdə ilin əvvəli ilə müqayisədə bəzi tikinti
materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının
səbəbi istehlak qiymətlərinin artımı, eyni zamanda, tələbatın
artmasıdır”, – deyə o əlavə edib.

Teqlər: