Son iki həftədə Rusiyanın 1700 əsgəri ölüb

Son iki həftədə Rusiyanın 1700 əsgəri ölüb

Rusiyalı müxalif jurnalistlər Ukraynaya qarşı müharibədə iştirak edən 20 minə yaxın rus əsgərin öldüyünü təsdiqləyiblər.

AzerTimes xəbər verir ki, müxalifyönümlü “Mediazona” və BBC Rusiya xidmətinin jurnalistləri artıq bir neçə aydır Rusiyanın müharibədə itkilərinin hesablanması üzrə birgə layihə həyata keçirirlər.

Hesablamara görə, Ukraynada 19 688 rus əsgərinin öldüyü sübuta yetirilib.

Bildirilib ki, son iki həftə ərzində 1665 rusiyalı hərbçinin ölümü bu siyahını daha da genişləndirib.

Teqlər: