Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş
verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını
şərtləndirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2022-ci
ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda
8,4 faiz artım qeydə alınıb.
Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq
əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə
illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.