Son günlər ölkədə yayılan virus nədir? – Video

Son günlər ölkədə yayılan virus nədir? – Video

Uşaqlar arasında təhlükəli virus yayılıb.

AzerTimes xəbər verir ki, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qrip kimi xəstəliklərlə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova deyir ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə tam yayılır.

Aytən Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə bir başa ürək əzələlərinə də təsir edə bilir ki, bu zaman ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşlışan valideynlər diqqətli olmalıdırlar.

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Teqlər: