Son günlər havanın yağıntılı keçməsi Qarqar çayına sel sualarının gəlməyinə səbəb olub (FOTO)

Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağmağı
Qarqar çayına sel sualarının gəlməyinə səbəb olub.

AzerTimes-ın
məlumatına görə, çay yatağında sel sularının artma ehtimalı Ağdam
və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi
riskini artıra bilər. Təkcə Ağdam rayonunun Əfətli və Evoğlu
kəndlərinin 1400 hektara qədər əkin sahəsini sel suyu vura
bilər.

Kənd sakinlərinin sözlərinə görə suyunun qarşısını almaq üçün
artıq bəndlər uçurulub. Beləliklə də Qarqar çayında məcrasından
çıxan su yenidən Qarqar çayına yönləndirilir.

Kənd sakinləri onu da qeyd edib ki, sel sularının işğaldan azad
olan ərazilərdən partlamamış hərbi sursatlarıda gətirmə ehtimalı
var.

Minaların gəlmə ehtimalı isə yerli sakinlərlə yanaşı çay
yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan fəhlə və
sürücülər üçün həyati təhlükə yarada bilər.

Teqlər: