Son dövrlərdə dünyada enerji infrastrukturuna hibrid hücumlar daha tez-tez olur – NATO-nun Enerji Təhlükəsizliyi Kəşfiyyat Xidməti

Xəbər - Fəxri Vəkilov – Trend:

Enerji infrastrukturu Azərbaycan xalqının rifahı üçün vacibdir.

Bunu Trend-ə NATO-nun Enerji Təhlükəsizliyi Kəşfiyyat Xidmətinin direktor müavini Krostof Nav deyib.

O bildirib ki, Bakıda keçirilən enerji təhlükəsizliyi üzrə regional simpoziumda kritik əhəmiyyətli infrastrukturun müdafiəsi müzakirə olunacaq:

“Bu, çox vacib mövzudur, belə ki, enerji infrastrukturu Azərbaycan xalqının rifahı üçün zəruridir. Tədbir zamanı ekspertlər enerji infrastrukturunun müdafiəsi məsələsini tədqiq edəcəklər. Son dövrlərdə dünya ölkələri bu cür infrastruktura hibrid hücumlarla daha tez-tez üzləşir”.


Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universiteti nəzdindəki Aİ məsələləri üzrə bilik mərkəzi NATO-nun enerji təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzi, Ali Hərbi Dəniz Məktəbi, BP Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə “Qafqaz-2021” Regional enerji təhlükəsizliyi üzrə genişləndirilmiş simpozium keçirəcək.

Твиттер: @vakilovfaxri

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: