Son bir həftə ərzində Kabil hava limanı və ətrafında təxliyə zamanı ən az 20 nəfər ölüb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə NATO nümayəndəsi məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ və digər ölkələr öz vətəndaşlarını və sığınacaq istəyən Əfqanıstan vətəndaşlarını təxliyə etmək üçün əməliyyatlar həyata keçirirlər, lakin bu proses Kabil hava limanında hər gün ölkəni tərk etmək istəyənlərin sayının artması ilə çətinləşib.
NATO qüvvələrinin nümayəndəsi bildirib ki, “Qüvvələrimiz, Talibanla toqquşmaların qarşısını almaq üçün Kabil hava limanının ətrafındakı rayonlarla ciddi bir məsafə saxlayır, bütün xarici vətəndaşları ən qısa müddətdə təxliyə etmək üçün yönəlmişik.”