Xəbər - Ceyhun Ələkbərov – Trend:
2015-ci ildən bu günə kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində olan avtobuslardan 968 ədədi yenilənib.
AzerTimes-ın məlumatına görə, bunu BNA-nın İdarə Heyyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli qeyd edib ki, onlardan 724-ü dövlət tərəfindən keçirilmiş tenderlər əsasında gətirilib. Özəl dayşıyıcılar tərəfindən yenilənən avtobusların sayı isə 244 ədəddir:
“Təkcə 2020-ci ildə 119 avtobus yenisi ilə əvəzlənib. Yeni avtobuslarla gündəlik 630 min sərnişin daşınır”.