Gürcüstan milli valyutası lari dollar qarşısında son 5 ildə ilk dəfə möhkəmlənib.
AzerTimes xəbər verir ki, Gürcüstan Milli Bankının martın 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2,5973 lari səviyyəsinə bərabərləşib.
Bildirilib ki, sonuncu dəfə dollar 11 sentyabr 2018-ci ildə 2,6 laridən aşağı həddə olub.
İlin əvvəlindən gürcü valyutası 4,1 faiz möhkəmlənib.