Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib

Xəbər - Samir Əli – Trend:

Bu ilin yanvar-may aylarında ümumilikdə 183 min şəxsə sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib. Onlardan 38,2 mini pensiya təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə,ötən dövrdə 57,2 min şəxsə sosial ödənişlərin, o cümlədən 12,6 min şəxsə pensiyaların, 44,6 min şəxsə müavinət və təqaüdün elektron qaydada təyinatı həyata keçirilib.

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə ehtiyac qalmadan, müvafiq sosial ödənişlər avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunur.


Teqlər: