Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib – Koçaryan

Xəbər - Orxan Nəbiyev – Trend:

Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti, baş nazir vəzifəsinə iddialı Robert Koçaryan deyib.


Onun sözlərinə görə, son 25 il ərzində bu cür rəqəmlər qeydə alınmayıb: “Son 3 ildə Ermənistan ordusu məhv edilib. İqtisadiyyatda artım vəd etdilər, ancaq kəskin azalma baş verdi. İndi isə Paşinyan müharibəni uduzduğumuz üçün fəxr etdiyini deyir”.

Teqlər: