Son 30 ildə ilk dəfə Şuşada yamac paraşütündən uçuş həyata keçirilib

2022-ci il “Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə
ilk dəfə yamaç paraşütündən (paraplan) uçuş həyata keçirilib.

AzerTimes-ın məlumatına görə, bu
barədə videonu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin
sədri Məftun Abbasov öz tvitter hesabında paylaşıb
(https://bit.ly/3j7qNJR). Uçuş şəhərin ən yüksək nöqtələrindən biri
sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr
hündürlükdən yerinə yetirilib.

Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov
tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz
olan Azərbaycan bayrağı bəzəyib. Xatırladaq ki, dünya paroplan
xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa
şəhəri göstərilib.

Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan
Daşaltı kəndi istiqamətində baş tutub.

Teqlər: