Son 30 ildə Azərbaycan-ABŞ əlaqələri inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub – Hikmət Hacıyev (FOTO)

Son 30 ildə Azərbaycan-ABŞ əlaqələri inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub.

AzerTimes-ın məlumatına görə, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər diplomatik münasibətlərinin 30 ili” mövzusunda vebinarda deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan 2001-ci il sentyabrın 11-də baş verən terror aktından sonra ABŞ-ın başlatdığı mübarizəyə hərbi və logistik dəstək göstərib. Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarda da dəstəyini vurğulayıb.

Teqlər: