Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox artıb.
Bu barədə AzerTimes-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, son üç ildə Azərbaycanda minimum pensiya – 82 faiz, orta pensiya – 60 faiz, orta müavinat – 100 faiz və ünvanlı sosial yardım – 72 faiz artıb.
Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.