Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub.
AzerTimes xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.