Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.
AzerTimes xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.
Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.