Son 20 ildə Cinayət Məcəlləsinə 1000-ə yaxın dəyişiklik edilib

2000-ci ildən bu vaxta qədər Azərbaycanın Cinayət Məcəlləsinə
1000-ə yaxın dəyişiklik edilib.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların
icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov
deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə cəzaların
icrasına da 200-dən artıq dəyişiklik edilib.

Dəyişiklik nəticəsində qərarlardan şikayət verilmək, məhkumların
pulsuz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq hüququ
və digər hüquqlar təmin edilib.

Bu prosesdə həmçinin 2200-ə yaxın məhkum cəzadan azad
edilib.

Teqlər: