Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb – BMT

Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb.

Trend-in
məlumatına görə, bu barədə BMT-nin Səhralaşma ilə mübarizə
Konvensiyası bildirib.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, bu müddət ərzində iri
quraqlıqlar 23 dövlətin ərazisində qeydə alınıb, daha çox Afrika və
Asiya ölkələrinin payına düşüb.

Son iki onillikdə quraqlıqlardan dəyən ümumi ziyanın həcmi 124
milyard dollar səviyyəsində qiymətləndirilir.

BMT ekspertləri proqnozlaşdırır ki, 2030-cu illərin əvvəlinədək
dünya əhalisinin 700 milyon nəfəri “iqlim qaçqınına” çevrilə bilər,
21-ci əsrin ortalarında isə əhalinin 70 faizə yaxını daimi və ya
uzunmüddətli quraqlardan əziyyət çəkə bilər.