Son 2 ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanında
yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə
göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş
hissəsindən azad edilib.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların
icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov
deyib.
Onun sözlərinə görə, komissiyanın səyi nəticəsində 840 məhkum
məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
2000-dən artıq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbiri
məhkəmələr tərəfindən dəyişdirilib.